Ermənistanda həbslər davam edir

Ermənistanın Xüsusi İstintaq Xidməti baş nazirin sabiq müavini, Ermənistan Təhlükəsizlik Şurasının keçmiş baş katibi Armen Gevorkyana qarşı Konstitusiya məhkəməsinin hakiminə təzyiq göstərmək ittihamı irəli sürüb.

Ona 6 il həbs cəzası verilə bilər.

Məlumatı Ermənistanın Xüsusi İstintaq Xidmətinin başçısı Sasun Xaçatryan yayıb.

“Xatırlayırsınızsa, “WikiLeaks”də Armen Gevorkyanın Konstitusiya məhkəməsinin hakimi Valeri Poqosyana təzyiq göstərməsi barədə məlumat dərc edilmişdi. Biz bu məlumatı yoxladıq və onun həqiqəti əks etdirdiyini gördük”, - Xaçatryan deyib.

Onun sözlərinə görə, Poqosyan Amerika səfirliyinə müraciət edib və bildirib ki, qardaşı vasitəsi ilə təzyiqlərə məruz qalır.

O əlavə edib ki, Gevorkyan ədalət məhkəməsinə maneə yaratmaqda ittiham olunur və əgər günahkar olduğu sübuta yetirilsə, onu 6 il həbs cəzası gösləyir.

Gevorkyana Ermənistanı tərk etmək qadağan edilib.

Armen Gevorkyan müxtəlif illərdə Ermənistan prezidenti və baş nazirinin köməkçisi, dövlət başçısı Administrasiyasının rəhbəri, Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifələrində çalışıb. 2008-2014-cü illərdə isə o, ölkənin baş naziri olub.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top