İsrail hərbçilərilə toqquşmalarda ölən və yaralanan fələstinlilər var

İsrail hərbçiləri ilə toqquşmalarda bir fələstinli həlak olub, 100-dən çoxu isə yaralanıb. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident blokadaya alınmış Qəzza zolağının İsraillə sərhəd rayonlarında baş verib.

Fələstinin Səhiyyə Nazirliyi bəyan edib ki, hazırda etiraz aksiyalarında iştirak etmiş 127 fələstinl odlu silahla yaralanıb. Bundan başqa, yüzlərlə insan polisin nümayişçilərə qarşı tətbiq etdiyi qazdan güclü zəhərlənib.

Hazırda Qəzzada olduqca gərgin vəziyyət yaranıb. Blokadaya alınmış Fələstin anklavında martın sonundan etibarən “Qayıdış marşı” davam edir. Fələstinin Səhiyyə Nazirliyinin məlumatına görə, martın 30-dan bəri Qəzzada israilli hərbçilər və polislə toqquşmalarda təqribən 150 fələstinl həlak olub, 13 mindən çox adam yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top