Lavrov erməni həmkarı ilə görüşməyəcək

Rusiya XİN Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın rusiyalı həmkarı Sergey Lavrovla görüş üçün Moskvaya səfərinin hazırlanması ilə bağlı erməni KİV-lərində yayılan məlumatları təkzib edib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin məsələ ilə bağlı sualını cavablandıraraq, Lavrovla Mnatsakanyanın görüşünün nəzərdə tutulmadığını söyləyib.

“Sergey Lavrovun qrafikində belə bir görüş qeydə alınmayıb. Bu haqda heç bir məlumatım yoxdur”, – deyə M.Zaxarova bildirib.

(Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top