Ən çox “qanuni oğru” hansı millətdəndir?

Rusiya və Ukraynanın daxili işlər nazirlikləri öz ölkələrinin ərazisindəki “qanuni oğrular”ın sayını hesablayıb. Yeniavaz.com-un “Arqumentı i faktı” qəzetinə istinadən verdyi məlumata görə, iki ölkənin polis əməkdaşlarının ümumi səyləri nəticəsində 432 “qanuni oğru” hesablanıb. Onlardan 318 nəfəri azadlıqdadır, 114 nəfəri həbsdədir, 31 nəfəri istintaqa cəlb olunub, 19 nəfəri isə axtarışa verilib. Milli mənsubiyyətinə görə statistika göstərib ki, ən çox kriminal avtoritet Gürcüstandadır. Bu ölkədən 242 “qanuni oğru” var. Ardınca ruslar (51) və ermənilər (30) gəlirlər. Siyahıya həmçinin, yezidlər (26), azərbaycanlılar (16), abxazlar (10), çeçenlər (8), yəhudilər (7) düşüblər. Onların əksəriyyətinin Rusiya pasportu var. Üstəlik bu insanların hamısı heç də yoxsul vətəndaş deyillər. Məsələn, Rusiya vətəndaşlığı olan azərbaycanlı “qanuni oğru” Quli kimi tanınan Nadir Səlifov 22 il həbsdə olub, lakin bununla belə, o, dollar milyarderidir. Hazırda o, beynəlxalq axtarışdadır, lakin onun Türkiyədə yaşadığı məlumdur.

DİGƏR XƏBƏRLƏR

Top