"Peşman olmuşam" - Xaçmaz sakini əkdiyi çətənə kollarını polisə təhvil verdi

Avqustun 2-də Xaçmaz rayon sakini Namik Nəsrullayev Quba Rayon Polis Şöbəsinə müraciət edib.

Yeniavaz.com saytı DİN Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 1 ay əvvəl Xudat şəhəri ərazisində meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edərək becərdiyi 13 ədəd narkotik xassəli çətənə - Kannabis bitkilərini könüllü olaraq təhvil verib.

Dindirilmə zamanı N.Nəsrullayev çətənə bitkilərini şəxsi istifadəsi üçün meşəlik ərazidə dibçəklərdə əkdiyini, lakin fikrindən daşınaraq könüllü olaraq Quba Rayon Polis Şöbəsinə gətirərək təhvil verdiyi bildirib.
​Faktla bağlı araşdırmalar aparılır.

DİGƏR XƏBƏRLƏR

Top