Orxan Camalın nəşi bu gün Rusiyaya yollanacaq

Mərkəzi Afrika Respublikasında öldürülmüş Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camalın nəşi bu gün Rusiyaya yola salınacaq.

Bunu RF-in bu Afrika ölkəsindəki səfirliyindən bildiriblər.

“Bu gün yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 18:00) cəsədlər yola salınacaq”, - rusiyalı diplomatlardan biri deyib.

Onun sözlərinə görə, çəkiliş qrupunun üzvlərinin texnikası və sənədləri hələ də tapılmayıb.

Xatırladaq ki, iyulun 31-də jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko naməlum şəkildə qətlə yetiriliblər. Güman edildiyinə görə, onlar yerli silahlı qruplaşmalardan birinin qurbanı olublar. (Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top