Türkiyənin xarici ticarət dövriyyəsi azalıb

Bu ilin iyun ayı ərzində Türkiyənin xarici ticarət dövriyyəsi 31 milyard 299 milyon dollar olub. Yeniavaz.com Türkiyə Statistika İdarəsi tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici 2017-cı ilin analoji dövrü ilə müqayisədə 2,8% azdır. Bu dövürdə qardaş ölkədə idxalın həcmi 3,8% azalaraq 18,4 milyard dollara, ixracın həcmi isə 1,3% azalaraq 12,9 milyard dollara düşüb.

Xarici ticarət dövriyyəsində 5,5 milyard dollarlıq mənfi saldo yaranıb.

Ən çox məhsul Almaniyaya satılıb. İyun ayında Almaniyaya 1,3 milyon dollar dəyərində məhsul satıb və ötən ilin iyun ayı ilə müqayisədə 10,1% artıb. İxracda ikinci sırada 881 milyon dollarla Böyük Britaniya (artım - 6,2%), 815 milyon dollarla İtaliya (6,3%), 627 milyon dollarla ABŞ (4,8%) yer alıb.

Türkiyənin ən çox məhsul satdığı ölkələrin sırasında İsrail 10-cu sırada yer alıb və iyun ayında Türkiyə İsrailə 297,3 milyon dollar dəyərində məhsul satıb. Ötən ilin iyun ayı ilə müqayisədə Türkiyənin İsrailə satdığı məhsullarıln dəyəri 2,3% artıb.

DİGƏR XƏBƏRLƏR

Top