Bu ərazilərdə qaz kəsiləcək

Bu gün Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyət olacaq.

Yeniavaz.com “Azəriqaz” İB istinadən xəbər verir ki, qaz təchizatı şəbəkəsində təmir bərpa işlərinin aparılması ilə əlaqədar, 3 avqust 2018-ci il tarixdə saat 10:00-dan təmir işləri tamamlananadək Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Binəqədi rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Bu gün təmiş işləri ilə əlaqədar Zərdab rayonunun qaz təchizatında da fasilə olacaq. Fasilə təmir işləri yekunlaşanadək davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top