Daha 3 xarici şirkət Azərbaycanı tərk edir - SİYAHI

Daha üç xarici şirkət Azərbaycanda ofislərini bağladığını elan edib. Yeniavaz.com bildirir ki, avqustun 1-də 100% xarici kapital ilə iki şirkət də bağlandığı barədə kreditorları məlumatlandırıb. Bunlar Britaniyanın "Sparrows Offshore Services Limited" və "Rhopoint Metrology Limited" servis şirkətlərinin filiallarıdır. Birinci şirkət Azərbaycanda 2004-cü ildən fəaliyyət göstərir, ikincisi 2016-cı ilin oktyabrında ofis açıb.

2006-cı ilin yanvarından Bakıda fəaliyyət göstərən "Noble Sky Limited" şirkətinin filialının isə hansı ölkəni təmsil etdiyi məlum deyil. Bəzi mənbələrə görə, bu, Kayman adaları, bəzi mənbələrə görə, Myanmar və ya Honqkonqdur. 2004-cü ildə SOCAR bu şirkətlə Qaraçuxur yatağının bərpası, inkişafı və hasilatın bölünməsi barədə müqavilə imzalayıb.

Onu da qeyd edək ki, 2015-ci ilin fevral ayından sonra (manatın ilk dəfə devalvasiya olunduğu tarix) onlarla xarici şirkət ölkəni tərk edib. Həmin şirkətlərdən bəziləri təqdim edirik...

DİGƏR XƏBƏRLƏR

Top