Azərbaycanda qızıl və gümüş ucuzlaşmaqda davam edir

Azərbaycanda qızıl və gümüş ucuzlaşmaqda davam edir.

Yeniavaz.com xəbər verir ki, “Trend”in məlumatına görə, avqustun 2-də qızılın qiyməti avqustun 1-i ilə müqayisədə 3,876 manat azalaraq 1 troy unsiyası üçün 2071,875 manat təşkil edib.

Gümüş 0,0997 manat ucuzlaşaraq 1 unsiya üçün 26,1991 manata bərabər olub.

"Trend"ə görə, platinin qiyməti 27,965 manat azalaraq 1393,2095 manat, palladiumun qiyməti isə 25,772 manat azalaraq 1560,43 manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top