“Apple” dünyada dəyəri 1 trilyon dollar təşkil edən ilk şirkət oldu

“Apple”ın səhmləri hərraclar zamanı 207,05 dollar həddinə çatıb ki, bu da “iPhone” istehsalçısına dünyada bazar kapitallaşması 1 trilyon dollara yüksələn ilk şirkət olmağa imkan verib. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, korporasiyanın kotirovkaları son sutkalar ərzində 3 faiz artıb. Şirkət gəlirini 53,3 milyard dollaradək artırmağı bacarıb. Amerika korporasiyası üçün bu qədər uğurlu ikinci rüb heç vaxt olmamışdı. Qeyd edək ki, dünyada dəyəri 1 trilyon dollar olan ilk şirkət ünvanına sahib olmaq yarışında “Amazon” da iştirak edib. Onun bazar kapitallaşması iyulda 900 milyard dollar həddini keçib.

DİGƏR XƏBƏRLƏR

Top