Xərçəngin qurbanı olan azərbaycanlı məşhurlar - SİYAHI

Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyinə tutulub. Uşaqlıq boynu xərçəngindən əziyyət çəkən "Toppuş bacı” artıq Milli Onkologiya Mərkəzində əməliyyat olunub.

Qeyd edək ki, hüceyrələrdə DNT-nin zədələnməsi nəticəsində hüceyrələrin idarəsiz və ya anormal şəkildə böyüməsi və çoxalmasıdır. İlkin mərhələdə heç bir əlamətlə özünü büruzə verməyən xərçəng ölümə səbəb olan xəstəliklər arasında ürək xəstəliklərindən sonra ikinci yerdə gəlir. Adətən poliplər (hüceyrə yığıntısı) şəklində inkişaf edən xəstəlikdən hər il onminlələ insan dünyadan vaxtsız köçür.

Azərbaycanda xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişmiş və bu xəstəlikdən əziyyət çəkən məşhurlardan bəzilər:

Azərbaycanın xalq şairi, görkəmli dramaturq Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də 75 yaşında prostat xərçəngi səbəbindən dünyasını dəyişib. "Bəxt üzüyü”, "Yaşıl eynəkli adam”, "Yayda qartopu oyunu”, "Uca dağ başında” və s. əsərləri ilə adını tarixə yazan dramaturq bir müddət Milli Məclisin deputatı olub. XX əsr Azərbaycan ədəbiyyatına öz möhürünü vurmuş ünlü şair Səməd Vurğunun oğludur.

Sovet və Azərbaycan kino və teatrının əvəzedilməz aktyoru, əməkdar artist Hamlet Qurbanov da uzun müddət xərçəng xəstəsi olub. Aktyor 1995-ci ildə, 55 yaşında xərçəng xəstəliyindən vəfat edib. Nə az-nə çox, düz 33 filmdə rol alan aktyorun yaratdığı hər bir obraz yaddaqalan olub. "Evləri köndələn yar” və "Dədə Qorqud” filmlərində rol aldığı obrazlar bugün də sevilir və seyr edilir.

Azərbaycanın xalq artisti, səs aktyoru, mətn oxuyan, Azərbaycanın görkəmli kino xadimlərindən biri Şahmar Ələkbərov 12 avqust 1992-ci ildə 48 yaşında dil xərçəngindən dünyasını dəyişib. Səhnədə ilk rolu "Dağlarda döyüş” filmi olub. Bu filmlə böyük səhnəyə vəsiqə qazanan aktyor bundan sonra onlarla filmdə rol alıb. Xalq artisti Fuad Poladov 5 may 2018-ci ildə 69 yaşında ağciyər xərçəngi səbəbindən dünyasını dəyişib. Onlarla film və tamaşada rol alan aktyorun "Beşmərtəbəli evin altıncı mərtəbəsi”, "Dərvişin qeydləri”, "Ad günü”, "Qara Volqa” filmlərində canlandırdığı obrazlar daha yaddaqalan olub. Xalq artistı Rafiq Hüseynov 26 oktyabr 2017-ci ildə ağciyər xərçəngi səbəbindən dünyasını dəyişib. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə diktor kimi fəaliyyətə başlayıb. Uzun müddət bu sahədə çalışan diktor dəfələrlə beynəlxalq və yerli mükafatlara layiq görülüb.

Əməkdar artist Ələsgər Məmmədoğlu 21 dekabr 2015-ci ildə 69 yaşında qaraciyər xərçəngi səbəbindən dünyasını dəyişib. Onlarla film və tamaşada rol alan aktyorun çəkildiyi "Bəyin oğurlanması”, "Qərib cinlər diyarında”, "Şir evdən getdi”, "Üzeyir ömrü” filmlərində yaratdığı obrazlar tamaşaçılar arasında dərin rəğbətlə qarşılanıb.

Əməkdar artist Xanım Qafarova 11 iyul 2014-cü ildə 49 yaşında süd vəzisi xərçəngi səbəbindən dünyasını dəyişib. 6 yaşlı qız yadigarı qalan X.Qafarova onlarla yaddaqalan obrazlar yaradaraq, böyük pərəstişkarlar ordusu qazanıb. Əldə etdiyi naziliyyətlərə görə, Prezident Mükafatına layiq görülüb.

Xalq artisti Fuad Poladov 5 may 2018-ci il tarixində 69 yaşında prostat xərçəngindən dünyasını dəyişib. Onlarla filmdə rol olan aktyor

1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. 2015-ci ildə "Aktrisa” filminə görə "Ən yaxşı kişi rolunun ifası” nominasiyasında "Qızıl Pəri” mükafatına layiq görülüb.

Xatırladaq ki, hazırda xərçəng xəstəliyindən əziyyət çəkən məşhurlar da az deyil. Məşhur aparıcı və xeyriyyəçi Hacı Nuran ağciyər, əməkdar artist Kübra Əliyeva süd vəzisi, əməkdar artist Kəmalə Müzəffərova dəri, teleaparıcı Zümrüd Qasımova süd vəzisi, əməkdar artist Coşqun Rəhimov qalxanabənzər vəzi, aparıcı və vəkil Zülfiyyə Bayramova mədə xərçəngindən əziyyət çəkir. (azxeber.com)

DİGƏR XƏBƏRLƏR

Top