Son 10 ildə manatın məzənnəsi digər valyutalar qarşısında necə dəyişib? - CƏDVƏL

Son 10 il ərzində Azərbaycan milli valyutasının - manatın rəsmi məzənnəsi dünyanın aparıcı valyutaları, eləcə də bəzi region ölkələrinin milli valyutaları ilə müqayisədə ucuzlaşıb. Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, manat bu dövürdə ən çox ABŞ dolları, BƏƏ dirhəmi və Çin yuanı qarşısında ucuzlaşıb. Milli valyutamızın dəyəri bu ölkələrin valyutası qarşısında son 10 ildə 2,1 dəfə aşağı düşüb. 2008-2018-ci illər ərzində manatın məzənnəsi AVRO qarşısında 63,3% dəyər itirib.

Son 10 ildə manatın region ölkələrindən Rusiyanın, İranın, Türkiyənin, Tacikistanın və Ukraynanın milli valyutaları qarşısında bahalandığı qeydə alınıb. Manat son 10 ildə rubla nisbətən 18%, riala nisbətən 2 dəfə, lirəyə nisbətən 46%, somoniyə nisbətən 25%, qrivnaya nisbətən isə 61% dəyər qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top