Sosial şəbəkələrdə dəhşətli görüntüləri əks etdirən video yayılıb.
Yeniavaz.com xəbər verir ki, videoda gənc bir qadının diri-diri yandığı əks olunub.
İddiaya görə, Gəncə şəhərində mağazaların birində kişi qadına yaxınlaşaraq, onun üzərinə mənşəyi bilinməyən maddə töküb.
Videodan da aydın görünür ki, oğlan qadını alışqan vasitəsilə yandırıb və qaçıb.
Hadisə ilə bağlı “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovniki İlham Babayev açıqlama verib. Bildirib ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gəncə şəhərində baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır, həmin hadisə Azərbaycanda baş verməyib.
O deyib ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən belə bir hadisə qeydə alınmayıb.
İ. Babayev mətbuatı bu kimi xəbərləri hazırlayarkən həssas yanaşmağa çağırıb.
DİN-in mətbuat xidmətinin Qərb Regional Qrupundan da bildirilib ki, yayılan video təxribat xarakteri daşıyır: "Hadisəsinin guya Gəncə şəhərində baş verməsi tamamilə yalandır".
Qeyd edək ki, yayılmış video görüntülərdə hicablı qadının dükanda bir kişi tərəfindən diri-diri yandırılması əks olunur.
Bəzi xəbər saytları həmin hadisənin Gəncə şəhərində baş verdiyini iddia edib.
video

Tətbiqimizi yükləyə bilərsiniz