Saxlanılan Aqil Ələsgər Türkiyəyə pul qaçaqmalçılığı ilə məşğul olub - İDDİA

Xəbər verdiyimiz kimi dünən jurnalist, “Yeni Çağ” saytının redaktoru Aqil Ələsgərin saxlanılmışdı. Əvvəlcə jurnalistin qohumları onun oğurlanması barədə məlumat vermişdilər. Lakin sonradan Mətbuat Şurasının başçısı Əflatun Amaşov bildirdi ki, jurnalist Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub ki, A. Ələsgər Türkiyəyə pul qaçaqmalçılığı ilə məşğul olub. Jurnalistin həbsi onun peşəkar fəaliyyəti ilə bağlı deyil.

Saytın yazdığına görə, jurnalistin Türkiyə ilə sıx əlaqələri mövcuddur. Türkiyəyə dəfələrlə edilmiş səfərləri zamanı A. Ələsgər Bakıda maraqları təmsil olunan bəzi biznes dairələri ilə sıx əlaqələr qurub.

İddiaya görə, jurnalist öz mövqeyindən və statusundan istifadə edərək, nağd pulların qaçaqmalçılıq yolu ilə Türkiyəyə daşınmasına yardım edib.

Virtualaz.org-un özəl mənbələrinin məlumatına görə, A. Ələsgər Bakıda məşhur olan iş adamının, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibinin tərəfdaşıdır.

Məlumata görə, DİN-in Baş İdarəsi bu qeyri-qanuni fəaliyyətin araşdırılmasını davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top