Problemli kreditlər yenidən artmağa başlayıb

Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 12 milyard 105,6 milyon manat kredit verilib. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 12,8% və ya 1 milyard 776,4 milyon manat azalıb.

Verilən kreditlərin həcmi ilə bərabər problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin həcmi də azalıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin iyul ayının əvvəlinə problemli kreditlərin həcmi 65 milyon manat və ya 3,6% azalaraq 1 milyard 745,7 milyon manata yüksəlib.

Bu ilin əvvəli ilə müqayisədə isə vaxtında geri qaytarılmayan kreditlərin həsmi 2% və ya 49,8 milyon manat artıb.

Qeyd edək ki, iyulun əvvəlinə vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 14,4% paya malik olub. Problemli kreditlərin ümumi kredit portfelindəki payı ötən ilin analoji dövründə 13% olub. bugünə

Onu da bildirək ki, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki paya iyun ayının əvvəlində 14,3%, may ayının əvvəlində 14,5%, aprelin əvvəlində 14,7%, ötən ilin sonunda isə 13,8% olub.

Onu da bildirək ki, milli valyutada verilən 7 milyard 425,4 milyon manatlıq kreditlərin 836,8 milyon manatı, xarici valyutada verilən 4 milyard 680,2 milyon manatlıq kreditlərin isə 909 milyon manatı vaxtında geri qaytarılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top