Aqil Ələsgər saxlanılmasından DANIŞDI

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər artıq evindədir.

Yeniavaz.com xəbər verir ki, A. Ələsgər Yenicag.az-a verdiyi açıqlamada üzləşdiyi durumla əlaqədar narahatlıq keçirənlərə minnətdarlığını bildirib: “Yanlış anlaşılmadan dolayı belə bir vəziyyət yarandı və qısa müddətdə çözüldü. Diqqətinizə çatdırmaq istərdim ki, heç bir problem yoxdur.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov başda olmaqla, mənə görə narahat olan, dəstəyini əsirgəməyən bütün dostlarımıza, həmkarlarımza təşəkkür edirəm.

Bir daha qeyd edirəm ki, mənimlə bağlı hər hansı problem yoxdur. Biz hər zaman Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin əsgəriyik. Dövlətimiz bizi harada görmək istəyərsə, orada şərəflə dövlətimizə xidmət edəcəyik.

Hazırda evimdəyəm, sabahdan etibarən yenidən işimin başında olacam və fəaliyyətimi davam etdirəcəm”.

Qeyd edək ki, dünən Mətbuat Şurasının sədri Əflatun Amaşov A. Ələsgərin DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdi.

Jurnalistin hansı səbəbdən saxlanılması və sərbəst buraxılması ilə bağlı açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top