Paşinyan xalqı meydana toplaşmağa çağırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan xalqı İrəvanın Respublika meydanına toplaşmağa çağırıb. Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə N. Paşinyan “Facebook” sosial şəbəkəsində canlı efirdə deyib. O bildirib: “Baş nazir postunda 100 günüm tamam olur. Və mən avqustun 17-də, saat 18:30-da Respublika meydanında böyük mitinq çağırmağı təklif edirəm”.

O, son 100 gün ərzində Ermənistanda nə baş verdiyinə və sonra nə baş verəcəyinə, eləcə də ölkənin sıçrayışlı şəkildə inkişafı üçün hökumətin hansı addımlar atdığı barədə danışacaq. N. Paşinyan deyib: “Bu, çox vacib tədbirdir, sabit inkişafın əsasının qoyulması, habelə üzləşdiyimiz və üzərində işlədiyimiz problemlərin müzakirəsi üçün hər bir adamın iştirakı vacibdir”. O xatırladıb ki, məhz bu meydanda “sevgi və həmrəylik” inqilabı baş verib.

Qeyd edək ki, N. Paşinyan mayın 8-də Baş nazir seçilib.

DİGƏR XƏBƏRLƏR

Top