"Rusiya hərbi bazası Ermənistanla Azərbaycan arasında sülh istəmir"

"Ermənistanda maraqlı fakt aşkarlayıblar. Sən demə, Ermənistanda Azərbaycan və Türkiyə əleyhinə ən çox informasiya yayan yerli informasiya saytını Rusiyanın Gümrüdəki 102 nömrəli hərbi bazasının komandanlığı maliyyələşdirirmiş".

Yeniavaz.com xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib

"Hərbi baza 2016-cı ildə erməni sayta 100 min rubl ayırıb. Bunun qarşılığında sayt Azərbaycan və Türkiyə əleyhinə təbliğar aparmalı idi. Bu faktın özü də göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən qalmasını istəyir. Ancaq Rusiyanın hərbi bazasının Azərbaycan əlehinə təbliğatı maliyyələşdirməsi nonsensdir. Demək, Rusiyanın Ermənistandakı hərbi bazasının belə bir “missiyası” da var imiş.

Ermənilərin özlərinin bu faktı aşkarlaması ondan xəbər verir ki, əslində Azərbaycan və Türkiyə ilə düşmən olmanın onlara bütün istiqamətlərdə baha başa gəldiyini anlayırlar. Elə bu günlərdə Levon Ter-Petrosyana bağlı partiyadan olan deputatın “biz Azərbaycan torpaqlarını işğal etmişik” ifadəsini işlətməsi də təsadüfi deyil. O bu etirafı Robert Köçəryan və Serj Sərkisyanın prezidentliyi dövründə işlətməkdən çəkinərdi. Görünür, baş nazir Nikol Paşinyanın apardığı siyasət Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının zərurətini anlayan azsaylı şəxsləri hərəkətə gətirib. Ancaq Rusiyanın əngəli yenə də hiss olunur. İşğalçı eks-prezident Robert Köçəryanın həbsinə xarici işlər naziri Sergey Lavrovun timsalında “biz Ermənustanda baş verənlərdən narahatıq” kəlməsinin işlənməsi gözlənilən idi",-deyə politoloq vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top