
Türkiyənin Manisa vilayətində ürək dağlayan faciəli hadisə baş verib. Yeniavaz.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, 5 yaşlı Zafer T. babasının sürdüyü traktorun altına yıxılaraq dünyasını dəyişib.
Babasının diqqətindən yayınan uşaq traktorda ani olaraq müvazinətini saxlaya bilməyib və təkərlərin altına düşüb. Babası traktoru həmin an saxlamağa çalışsa da, bu mümkün olmayıb və Zafer arxa təkərlərin altında qalıb.
Yaralı uşaq təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Baş verənlərdən uşağın babası və ailə üzvləri şok keçiriblər.
Hadisənin təfərrüatları ilə bağlı ürək dağlayan məqam ortaya çıxıb. Bundan öncə də ailənin 5 yaşlı uşağı dünyasını dəyişibmiş və onun da adı Zafer imiş.
Belə ki, ailənin ilk uşağı, 5 yaşlı Zafer 2013-cü ildə su quyusuna düşərək boğularaq ölüb. Təcili xəstəxanaya çatdırılmasına baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.
Həmin uşaq su quyusunda boğularkən anası hamilə imiş, odur ki, yeni doğulan uşağa Zafer adı verilməsi qərarına gəlinib. Lakin təəssüf ki, bu adı yaşatmaq ikinci Zafere qismət olmadı, ani bir diqqətsizlik onun traktordan yıxılaraq dünyasını dəyişməsi ilə nəticələndi.
Faktla bağlı cinayət işi açılıb, 54 yaşlı baba M.T həbs olunub.

Tətbiqimizi yükləyə bilərsiniz