Meksikada sərnişin təyyarəsi qəzaya uğrayıb

Meksikada sərnişin təyyarəsi qəzaya uğrayıb. Yeniavaz.com-un məlumatına görə, "Aeromexico" şirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra yerə düşüb. Sərnişin və şəxsi heyətlə birlikdə təyyarədə 101 nəfər olub. Meksika Səhiyyə Nazirliyinin məlumatına görə, qəza nəticəsində ölən olmasa da 18 nəfər xəsarət alıb. "Hava limanına yaxın Duranqo əyalətinin xəstəxanasına 18 yaralı gətirilib. Qəza zamanı ölən olmayıb", - deyə Nazirlik rəsmi "Tvitter" səhifəsində məlumat yayıb.

İlkin ehtimallara görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub. Araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top