Heydər Camalın oğlunun öldürülməsinin təfərrüatları məlum olub

Mərkəzi Afrika Respublikasına (MAR) “Vaqner” özəl hərbi şirkətinin fəaliyyəti haqqında sənədli film çəkmək üçün gedən rusiyalı çəkiliş qrupuna silahlı hücum olub. Yeniavaz.com-un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko öldürülüblər. Ehtimallara görə, çəkiliş qrupu yanında bahalı texniki avadanlıq apardığı üçün qarət məqsədi ilə hücuma məruz qalıb..

Hücumdan yalnız sürücü sağ qurtulub. Sürücünün ilkin ifadəsində görə, iyulun 31-də təxminən gecə yarı onları kolların arxasından atəşə tutublar. İnsident Sibyu (Sibut) şəhərindən 23 kilometr aralıda, MAR-ın paytaxtı Banqidən təqribən 180 kilometr məsafədə baş verib.

Qeyd edək ki, jurnalist Orxan Camal əslən azərbaycanlı olan politoloq, yazıçı, filosof və şair Heydər Camalın oğludur.

DİGƏR XƏBƏRLƏR

Top