Lavrov: “Moskva Ermənistana görə narahatdır”

Ermənistandakı hadisələr ölkənin yeni rəhbərliyinin öz siyasi sələflərini təqib etməyəcəyinə dair bəyanatları ilə ziddiyət təşkil edir. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Rusiya İrəvanın müttəfiqi kimi erməni dövlətinin sabitliyində həmişə maraqlı olub: “Buna görə də orada baş verənlər bizi narahat etməyə bilməz. Ermənistanın iştirak etdiyi MDB məkanındakı təşkilatların normal işi ilə bağlı vəzifələr baxımından da narahatçılıq var”.

S. Lavrov bildirib: “Biz son günlər ərzində narahatlığımızı Ermənistan rəhbərliyinə bir neçə dəfə çatdırmışıq. Ümid edirik ki, vəziyyət hər halda konstruktiv yolla düzələcək. Bu ilin mayında Ermənistanda siyasi böhran zamanı Moskvada böyük məmnunqla qeyd edirdilər ki, nəticədə bu böhranın həlli bütün qabaqcıl partiyaların iştirakı ilə güzəşt əsasında tapılıb. Ümid edirdik ki, bu nəticəyə əsaslanaraq bütün siyasi qüvvələr, hər şeydən əvvəl Ermənistanın yeni rəhbərliyi, yeni hakimiyyət bundan sonra da birləşdirici yanaşmaları təşviq edəcək, milli həmrəyliyi möhkəmləndirəcək”.

O əlavə edib ki, lakin son günlərin hadisələri belə müsbət ovqatı pozur, Ermənistanın yeni rəhbərliyinin öz sələflərini siyasi motivlər əsasında təqibini təşkil etmək niyyətinin olmadığına dair yaxın keçmişdəki bəyanatları ilə ziddiyət təşkil edir.

Xatırladaq ki, Ermənistanın Xüsusi İstintaq Xidməti 1 mart 2008-ci il tarixində etiraz aksiyalarının dağıdılması haqqında cinayət işi çərçivəsində iyulun 26-da ölkənin sabiq Prezidenti Robert Koçaryana qarşı konstitusiya quruluşunu devirmək ittihamını irəli sürüb. Bir gündən sonra o, iki ay müddətinə həbs olunub. Daha əvvəl isə Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan 2008-ci ilin martında aksiyaların dağıdılması ilə əlaqədar iş çərçivəsində müttəhim qismində cəlb olunub və axtarışa verilib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova da eyni iş üzrə ittiham irəli sürülüb. 2008-ci ildə Ermənistan Silahlı Qüvvələrində xidmət etmiş Y. Xaçaturov zaminə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top