Bakıda piyada dəhşətli qəzadan SON ANDA XİLAS oldu - VİDEO

Bakıda yolu yerüstü piyada keçidindən keçən piyada dəhşətli qəzadan son anda xilas olub.

Bu barədə Yeniavaz.com saytına hadisənin şahidi olan sürücü Rüstəm Cəfərov məlumat verib. Onun sözlərinə görə, hadisə 22.05.2018-ci il tarixdə Nobel prospektində baş verib: "Meqafun" Əyləncə Mərkəzinin önündə yerüstü keçiddə bir yaşlı xanım yolu keçirdi. Bunu görən avtomobil sürücüləri qəza işıqlarını yandırıb ona yol verdilər. Lakin yaşlı xanım yolu keçmək istəyərkən 99 XS 375 nömrəli avtomobil az qaldı ki, onu vurub şil-küt eləsin. Həmin nəqliyyat vasitəsinin sürücüsü piyadaya yol vermədi və heç nə olmamış kimi gəldiyi sürətlə də yoluna davam elədi. Qəzadan son anda xilas olan piyada isə baş verənlərdən şoka düşdü. Yaxınlaşıb həmin sürücüyə iradımı bildirdim, ancaq sürəti artıraraq yoluna davam etdi".

R. Cəfərov məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məlumat verib. İdarədən verilən cavab məktubunda sözügedən sürücünün müəyyənləşdirilərək barəsində tədbir görüləcəyi bildirilib.

Rüstəm Cəfərov dediklərini əks etdirən videogörüntünü saytımıza göndərib.

qeza

DİGƏR XƏBƏRLƏR

Top