
İtaliyaya gələn miqrantlar qul tacirlərinin tez-tez qurbanına çevrilirlər.
Yeniavaz.com-un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu İtaliya Prezidenti Serco Mattarella deyib. O, ölkə vətəndaşlarını bu problemdən üz çevirməməyə çağırıb. Prezident bildirib ki, köləlik bəşəriyyətin ən böyük biabırçılıqlarından biridir: “Miqrasiya insan alverinin çiçəklənməsi üçün əlverişli zəmin yaradır. Müharibə və səfalətin uşaqlarını murdar qul alverçiləri istifadə edirlər. Onları uşaq əməyini istismar edirlər, qanunsuz övladlığa götürürlər, daxili orqanlarını satıtlar, kriminal qruplaşmaara və seks köləliyə cəlb edirlər”.
Qeyd edək ki, Beynəlxalq Əmək Təşkilatı bütün dünya üzrə 40 milyondan çox kölənin olduğunu açıqlayıb. İnsan alveri qurbanının hər dörddə biri uşaqdır.
Tətbiqimizi yükləyə bilərsiniz