“WhatsApp”da yeni xidmət istifadəyə verildi

“WhatsApp” populyar messencerində qrup şəklində audio və videozənglər funksiyası istifadəyə verilib. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bir qrup şəklindəki zəngdə 4-dək istifadəçi iştirak edə bilər. Şirkət yeni funksiyanın bu gündən etibarən əlçatan olduğunu açıqlayıb. Bir neçə istifadəçini əlavə etmək üçün istifadəçilərdən birinə zəng etmək və bundan sonra “İştirakçıları əlavə etmək” düyməsinə basmaq lazımdır. “WhatsApp”-ın məlumatına əsasən, servis iştirakçıları hər gün zənglərə 2 milyarddan çox dəqiqə sərf edir.

DİGƏR XƏBƏRLƏR

Top