"Qarabağ"ın oyununu hansı TV canlı yayımlayacaq?

"Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya təmsilçisi "Kukesi"yə qarşı keçirəcəyi oyunu canlı yayımlayacaq telekanal müəyyənləşib. Yeniavaz.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, matçı “CBC Sport” telekanalı təqdim edəcək.

Məlumat üçün bildirək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Kukesi" görüşü saat 21:00-da start götürəcək. Bu komandalar arasındakı ilk oyun heç-heçə yekunlaşıb - 0:0.

DİGƏR XƏBƏRLƏR

Top