Hansı ölkədə əmək haqqına neçə avtobus bileti almaq olar? - CƏDVƏL

Tarif Şurasının dünən qəbul etdiyi qərara əsasən avqust ayının 1-dən etibarən Azərbaycanda şəhərdaxili marşrutlarda və metroda sərnişindaşıma xidmətlərinin tarifi 30 qəpik və ya mövcud məzənnəyə əsasən 18 sent səviyyəsində müəyyən edilib. Əvvəlki qiymət artımlarında olduğu kimi bu dəfə də tarif dəyişikliyinin əsaslandırmaq məqsədilə MDB və region ölkələrindəki mövcud qiymətlərlə müqayisə aparılıb və qeyd olunub ki, qiymət artımından sonra da Azərbaycanda tariflər region ölkələri ilə müqayisədə aşağı olacaq. Lakin, açıqlamadan da aydın şəkildə görünür ki, müqayisə birtərəfli şəkildə aparılıb və həmin ölkələrdə ictimai nəqliyyatdan istifadə edən əhalinin gəlirləri, ya da o ölkələrdəki orta aylıq əmək haqqı göstərilməyib.

Yeniavaz.com Tarif Şurasının müqayisə apardığı MDB və region ölkələrində orta aylıq əmək haqqına ictimai nəqliyyatda neçə dəfə istifadə etməyin mümkün olacağını araşdırıb və məlum olub ki, Tarif Şurasının bu sahədə ən yaxşı vəziyyət Tarif Şurasının iddia etdiyi kimi Azərbaycanda deyil, İran və Gürcüstanda qeydə alınıb.

Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə Azərbaycanda orta aylıq əmək haqqı vergilər və digər ödənişlər daxil olmaqla 530 manat və ya mövcud məzənnə ilə 310 dollara bərabərdir. İctimai nəqliyyatda gediş haqqının 18 sent olduğunu nəzərə alsaq orta aylıq əmək ilə ictimai nəqliyyatdan 1722 dəfə istifadə etmək mümkündür.

Digər ölkələrdə orta aylıq əmək haqqına ictimai nəqliyyatdan neçə dəfə istifadə etməyin mümkün olduğu isə aşağıdakı cədvəldə verilib:

DİGƏR XƏBƏRLƏR

Top