Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Yeniavaz.com-un verdiyi məlumata görə, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

Səfərdə rəqibinə 1:0 hesabı ilə məğlub olan Moldova “Şerif”i evdə Makedoniya “Şkendiya”sını sınağa çəkəcək. İlk oyunda İsrailin “Hapoel” komandasını beş cavabsız qolla üstələyən Xorvatiya “Dinamo”su möcüzə baş verməsə, növbəti mərhələyə vəsiqə qazanacaq.

Günün son matçı Slovakiyada keçiriləcək. Öz meydanında gözlənilməz məğlubiyyət alan “Legiya” çətin vəzifənin öhdəsindən gəlməyə çalışacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

31 iyul

21:00. “Hapoel” (Beer-Şeva, İsrail) - “Dinamo” (Zaqreb, Xorvatiya)

İlk oyun – 0:5

21:00. “Şerif” (Moldova) - “Şkendiya” (Makedoniya)

İlk oyun – 0:1

22:30. “Spartak” (Trnava, Slovakiya) - “Legiya” (Varşava, Polşa)

İlk oyun – 2:0

DİGƏR XƏBƏRLƏR

Top