Tramp: Ruhani ilə görüşməyə hazıram

ABŞ Prezidenti Donald Tramp özünü iranlı həmkarı Həsən Ruhani ilə ilkin şərtlər irəli sürmədən görüşməyə hazırdır. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Amerika lideri Ağ evdə İtaliyanın Baş naziri Cüzeppe Konte ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib: “Mən istəniən şəxslə görüşərəm. Mən görüşlərə inanıram (səmərəliliyinə). Onlar istəyəndə istənilən vaxt görüşməyə hazır olacam. Heç bir ilkin şərt irəli sürmədən. Əgər onlar (iranlılar) görüşmək istəyirlərsə, o zaman mən görüşməyə hazıram”.

DİGƏR XƏBƏRLƏR

Top