Azərbaycan tankçıları Rusiyada qələbə qazandı

Azərbaycan komandası “Tank biatlonu – 2018” beynəlxalq hərbi oyunları müsabiqəsinin üçüncü yürüşündə qalib gəlib. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu müsabiqənin baş hakimi general-mayor Roman Binyukov deyib. Üçücü yürüşdə tankodroma Azərbaycan, CAR, Zimbabve və Hindistan yığmaları çıxıblar. Azərbaycan tankının ekipajı qalib gəlib. Sonrakı yerləri müvafiq olaraq, Hindistan, Zimbabve və CAR tankçıları tutublar. Çindən savayı yarışın bütün iştirakçıları Rusiya istehsalı olan T-72B3 tanklarında çıxış edirlər. Çin tankçıları özlərinin “Tip-96” maşınlarında yarışırlar. Qeyd edək ki, “Tank biatlonu – 2018” iyulun 28-dən avqustun 11-dək keçiriləcək. Oyunların proqramına daxil olan 28 müsabiqədə 32 ölkədən 189 komanda iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top