“Fitch”: Azərbaycanın valyuta ehtiyatları doqquz milyard dollaradək artacaq

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici ticarət balansını rəqibləri ilə müqayisədə müsbət qiymətləndirib. Ölkənin xalis xarici aktivləri 2017-ci ilin sonuna ümumi daxili məhsulun 81 faizini təşkil edib.

Bildirilir ki, Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2017-ci ildəki 36 milyard dollar səviyyəsindən cari ildə 5,1% artaraq, 37 milyard dollara yüksəlib. Bu da ÜDM-nin 77 faizi deməkdir.

O da bildirilib ki, ölkənin valyuta ehtiyatları 8 milyard 6 milyon dollar artacaq. Hansı ki ötən il bu rəqəm 6 milyard 7 milyon dollar olub:

“Azərbaycan iqtisadiyyatı yavaş-yavaş özünü bərpa edir. Makroiqtisadi sabitlik inflyasiyanın cari ilin beş ayında 2017-ci ilin müvafiq dövründəki 12,9 faizdən 3,2 faizə düşməsi fonunda yüksəlir. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top