Türk şirkəti Zambiyanın borcunu maliyyələşdirəcək

Zambiyanın 2022-ci il müddətinə olan 750 milyon dollar həcmindəki avrobondunu Türkiyə şirkəti yenidən maliyyələşdirmək niyyətindədir.

Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Zambiya Prezidenti Edqan Lunqu deyib. Ötən şənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra dövlət televiziyasına müsahibə verən E. Lunqu bildirib ki, türk şirkəti yenidən maliyyələşdirmənin detallarını müzakirə etmək məqsədilə sentyabr ayında ölkəyə nümayəndə heyəti göndərəcək. Şirkətin adını açıqlamayan Zimbabve Prezidenti R. T. Ərdoğandan məsələyə maraq göstərməsini və şirkətin tərəddüd etmədən bu işin arxasınca getməsini istəyib. Afrika qitəsinin ikinci ən böyük mis istehsalçısı olan Zambiya ötən ilin dekabr ayında 2019-cu ildə 3 milyard dollar məbləğində olan avrobondu yenidən maliyyələşdirmək istəyini açıqlamışdı. Beynəlxalq Valyuta Fondu fevral ayında Zambiyanın borclanma tələbini rədd etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top