Türkiyədə Egey dənizində növbəti faciə: 3 körpə boğuldu - FOTOLAR

Dünən Egey dənizində 3-ü körpə olmaqla 6 nəfər boğularaq həyatını itirib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Balıkesir rayonunun Ayvalık qəsəbəsindən Yunanıstanın Lesbos adasına getmək istəyən, həkim, müəllim və iş adamlarından ibarət 16 nəfər Türkiyə vətəndaşının içərisində olduğu rezin qayıq batıb.

Faciə nəticəsində 3-ü körpə, 2-si qadın olmaqla 6 nəfər həyatını itirib, bir nəfər isə itkin düşüb.

Ayvalık qəsəbəsində sahil mühafizə xidməti əməkdaşları digər 9 nəfəri xilas edib, itkin düşən bir nəfərin axtarışları davam edir.

Məlumatda boğularaq ölənlərin şəxsiyyətlərinin müəyyənləşdiyi bildirilir.

Oğlunu və həyat yoldaşını itirən, vaxtilə müəllim işləyən, ancaq OHAL (fövqəladə vəziyyət rejimi) çərçivəsində işdən xaric edilən Hasan Aksoy ailəsini dəfn etmədən həbs edilib.

(Fotoda: Hasan Aksoy və ailəsi)

Boğularaq vəfat edən 3 uşaqdan 2-si bir ailənin övladlarıdır. 8 aylıq və 2,5 yaşlı körpələrini və ərini itirən Gülfəm Yeni adlı qadın da həbs edilib.

(Fotoda: Boğularaq ölən 8 aylıq və 2.5 yaşlı körpələr)

Qeyd edək ki, 15 iyul hərbi çevrilişə cəhddən sonra elan olunan fövqəladə vəziyyət rejimi çərçivəsində işlərini, vəzifələrini itirən, pasportları ləğv edilən və təqiblərə məruz qalan yüzlərlə insan Türkiyəni müxtəlif yollarla tərk etməyə çalışır. Təəssüf ki, bir çox halda bu cəhdlər faciə ilə nəticələnir.

DİGƏR XƏBƏRLƏR

Top