Türkiyə və Rusiya hesablaşmalarda elektron pullara keçə bilər

Türkiyə və Rusiya hesablaşmalarda elektron pul vəsaitlərinə keçmək imkanını nəzərdən keçirirlər. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, milli valyutalarda hesablaşmalar Afrika səfərində danışıqların çox vacib mövzusu olub: "Mən danışıqlar apardığım hər bir ölkənin lideri ilə bu məsələni müzakirə etdim. Çin və Rusiya ilə artıq razılığa gəlmişik. Bizim hətta Rusiya ilə elektron pul vəsaitlərinə keçmək barədə fikrimiz var. Hindistan ilə da analoji addımlar barədə düşünürük".

DİGƏR XƏBƏRLƏR

Top