Olimpiya çempionu sahildə ölü tapılıb

Xizək yarışları üzrə Olimpiya çempionu Vibeke Skofterud bədbəxt hadisə nəticəsində həyatını itirib.

Yeniavaz.com TASS-a istinadan xəbər verir ki, şənbə günü axşam saatlarından idmançı xanımla əlaqə kəsilib. Hüquq-mühafizə orqanlarının axtarışı nəticəsində 38 yaşlı xanım Norveç adalarının birinin sahilində huşsuz vəziyyətdə tapılıb. Həkimlərin səylərinə baxmayaraq onu həyata qaytarmaq mümkün olmayıb. Olimpiya çempionunun ölüm səbəbi tibbi ekspertizadan sonra bəlli olacaq.

Skofterud Norveç adalarının birinin sahilində tapılıb.

İdmançının ölüm səbəbi hələlik məlum deyil.

Skofterud ikiqat dünya çempionu (2005, 2011) və Vankuverdə keçirilən Olimpiya oyunlarının (2010) qalibidir.

DİGƏR XƏBƏRLƏR

Top