Zara Mqoyan Bakıya gəldi: "İlk dəfədir ki, Bakıda oluram" FOTOLAR

Artıq bir neçə gündür ki, ölkədə böyük müzakirələrə səbəb olan və sosial şəbəkələrdə insanların gəlməsinə etiraz etdiyi ermənistanlı müğənni Zara Mqoyan Bakıya gəldi.

Yeniavaz.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, Zara ilk açıqlamasında Bakının gözəlliyinə heyran qaldığını bildirib: “İlk dəfədir ki, Bakıda oluram. Bakı çox gözəldir və möhtəşəm şəhərdir. Bu festival dinindən, irqindən, millətindən asılı olmadan bütün insanları birləşdirir. Hər birinizə təşəkkür edirəm. Bakı çox qonaqpərvərdir. Bu festivalda insanlar hər şeyi unudur və xoşbəxt anlar yaşayır”.

Qeyd edək ki, Zaranın Azərbaycana gəlişi birmənalı qarşılanmırdı. Bir çox insan erməni əsilli müğənninin Azərbaycana gəlməsinə etiraz edir, bunun Qarabağ şəhidlərinin ruhuna hörmətsizlik kimi qəbul edirdilər. Ancaq festivalın təşkilat komitəsi Zaranın əslən kürd olduğunu və festivalda iştirak edəcəyini açıqlamışdı.

Onu da deyək ki, Zara uydurma erməni soyqırımına açıq dəstək verən müğənnilərdəndir. O Yerevanda 1915-ci il hadisələrinin 100-cü ildönümünə həsr olunmuş tədbirdə də iştirak edib, erməni dilində mahnı oxuyub. Zara əslən yezidi kürdü olsa da müsahibələrinin birində valideynlərinin də Ermənistanda doğulduğunu bu səbəbdən özünü əsl erməni saydığını deyib.



DİGƏR XƏBƏRLƏR

Top