Dollar İranda tarixi rekord vurdu

İranda sərbəst bazarda dolların məzənnəsi 10 min tüməni ötüb.

Yeniavaz.com-un “Habertürk” saytına istinadən verdiyi məlumata görə, İranda son bir neçə aydır dolların bahalaşmasının qarşısı alına bilinmir. Hazırda ölkədə 1 dollar 10 700 tümənə dəyişdirilir. Avronun məzənnəsi isə 12 650 tümən təşkil edir. İranda dollar qısa müddət ərzində 4 min tüməndən 7 500 tümənədək bahalaşdığına görə Prezident Həsən Ruhani hökuməti aprel ayında dolların məzənnəsini 4 200 tümən səviyyəsində sabitləşdirmək və sərbəst bazarda onun alış və satışını qadağan etmişdi. Lakin İran Mərkəzi Bankının ötən gün verdiyi açıqlamada isə sabit məzənnənin 4 min 403 tümənə yüksəldildiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top