
Kiprin yunan hissəsində keçirilən konfransı İsrail və Misirin Türkiyəyə meydan oxuyan açıqlamalarına səhnə olub.
Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ səfiri də Türkiyəyə qarşı mövqeyə dəstək verib. Nikosiyada keçirilmiş konfransda İsrail, Misir və ABŞ-ın Kiprin yunan hissəsinə akkreditə olunmuş səfirləri qatılıb. İclasda çıxış edən İsrail səfiri Aammi Ravel bildirib ki, yunanların təktərəfli təbii qaz axtarışına qarşı çıxan Türkiyənin davranışları təxribatdır: “Türk təhdidlərinə görə İsrailin hərbi müdaxilə etmək məcburiyyətində qalmamasına ümid edirəm”. Misirli səfir Mai Məhəmməd isə qeyd edib ki, lazım gələrsə Türkiyəyə qarşı hərbi gücdən istifadə etməkdən çəkinməyəcəklər. ABŞ səfiri Ketlin Doerti diqqətə çatdırıb ki, Türkiyənin Kipr yunanlarına qarşı sərgilədiyi mövqe qəbuledilməzdir.
Tətbiqimizi yükləyə bilərsiniz