Köçəryan niyə məhv edilir? - Erməni politoloqdan AÇIQLAMA

Robert Köçəryanın həbsi daha çox siyasi məsələdir.

Bunu "Yekramas" saytına açıqlamasında erməni politoloq Aleksandr İsgəndəryan deyib.

"Hazırda Ermənistanda siyasi elitada dəyişikliklər gedir. Bu hələ də başa çatmayan siyasi tranzitdir. Prosesin birinci hissəsi Paşinyanın baş nazir olması idi. Bundan sonra icraedici hakimiyyətdəki elitanın yuxarı hissəsində dəyişikliklər başladı. Növbəti mərhələ qanunverici hakimiyyət oldu. Burada isə hüquqi prosedurlar olmalıdır. Belə ki, yeni hakimiyyət leqal yollarla hakimiyyətini təmin etməlidir. Parlamentdən sonra növbə məhkəmə hakimiyyətinə çatacaq. Bu vaxta qədər qanunverici hakimiyyətdə dəyişikliklər baş verməli, yerli hakimiyyətlər dəyişməlidir. Bu proses artıq gedir, bəzi yerlərdə, xüsusilə də İrəvanda isə başa çatıb. Dəyişiklik yerli səviyyələrdə elitanın dəyişdirilməsini tələb edir. Bölgədəki seçkini yerli icra orqanları təşkil etdiyi üçün bunları nəzarətə almaq çox vacibdir.

Eyni prosesi hökumət biznesdə də aparır. Biznesmenlər hansısa formada yeni hökumətə qarşı loyallıq göstərməlidir. Belə proseslərin əsas vacib məqamlarından biri zərbələrin endiriləcəyi açar şəxslər olur. Robert Köçəryan cəmiyyətdə indiyə qədərki sistemin müəllifi kimi qəbul edilir. Köçəryan ictimai fikirdə sistemin simvoludur. Serj Sərkisyan isə onun varisi sayılır", - deyə o bildirib. (Axar.az)

DİGƏR XƏBƏRLƏR

Top