Şamaxı sakini Hacıqabulda özünə qəsd etmək istəyib

Şamaxı sakini qolunu doğramaqla özünə xəsarət yetirib.

Rayonun Məlhəm kənd sakini, 1969-cu il təvəllüdlü Həsənov Qabil Sabiroğlu gecə saatlarında Hacıqabul şəhərində tanımadığı şəxslər tərəfindən izlənildiyini görüb. O, əlini yaxınlıqdakı avtomobilin ön şüşəsinə çırpıb.

Nəticədə Q. Həsənov ciddi xəsarətlər alıb. O, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top