Koçaryanın azad edilməsi üçün iri məbləğ təklif edilib

İrəvanın birinci instansiya məhkəməsi müdafiə tərəfinin iyulun 27-də həbs edilmiş Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın girov qarşılığında azad edilməsi vəsatətini təmin etməyib. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu R. Koçaryanın vəkili Ruben Saakyan deyib. O bildirib: “Biz Koçaryanın girov qarşılığında azad edilməsi barədə vəsadət qaldırdıq, kifayət qədər iri məbləğ təklif etdik. Konstitusiya quruluşunun devrilməsi ittihamının 1 mart 2008-ci il hadisələrinin üstünün açılması və nümayişçilərin dağıdılması haqqında işlə heç bir əlaqəsi yoxdur. Bu sifarişdir. Fikrimcə, sifarişçinin kim olduğu hamıya aydındır. Hesab edirəm ki, onlar, həmçinin prokuroqluqda və Xüsusi İstintaq Xidmətindədirlər”.

DİGƏR XƏBƏRLƏR

Top