İtkin düşən çobanın meyiti dağdan endirilib

Zaqatalada itkin düşən çobanın meyiti dağdan endirilib.

Yeniavaz.com FHN-nin saytına istinadən xəbər verir ki, 26 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top