Koçaryanı aldadaraq istintaqa cəlb ediblər

Hüquq-mühafiə orqanlarının əməkdaşları Ermənistanın ikinci Prezidenti Robert Koçaryana “sürpriz” ediblər. Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, belə ki, əvvəlcədən R. Koçaryana deyiblər ki, o, şahid qismində Xüsusi İstintaq Komitəsinə gələrək bir neçə suala cavab verdikdən sonra buraxılacaq. Lakin R. Koçaryan xidmətə gəldikdən dərhal sonra ona qarşı ittiham irəli sürülüb. Hərçənd eks-prezident “bahalı” hüquqşünaslar təyin etmişdi ki, məhkəmə işi çərçivəsində məsuliyyətdən qaçsın.

Xatırladaq ki, İrəvanın ümumi yurisdiksiya məhkəməsi “1 mart” işi çərçivəsində R. Koçaryanın həbsinə dair qərar verib. 2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkilərindən sonra silsilə etiraz aksiyaları keçirildi. Aksiya iştirakçıları seçkilərin Serj Sarqsyanın qalib olduğu rəsmi nəticələri ilə razılaşmırdılar. Küçə aksiyaları Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan tərəfindən təşkil edilmişdi. Mitinqçilərlə hüquq-mühafizə orqanları ilə toqquşmalarda 8 nümayişçi və 2 polis əməkdaşı həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top