
ABŞ Ermənistan hakimiyyətini “1 mart” işi çərçivəsində ciddi, müstəqil və etimada layiq təhqiqat aparmağa çağırıb. Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi “1 mart” işi çərçivəsində Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı irəli sürülən konstitusiya quruluşunu devirmək ittihamını şərh edərkən deyib.
Xatırladaq ki, İrəvanın ümumi yurisdiksiya məhkəməsi R. Koçaryanın həbsinə dair qərar verib. 2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkilərindən sonra silsilə etiraz aksiyaları keçirildi. Aksiya iştirakçıları seçkilərin Serj Sarqsyanın qalib olduğu rəsmi nəticələri ilə razılaşmırdılar. Küçə aksiyaları Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan tərəfindən təşkil edilmişdi. Mitinqçilərlə hüquq-mühafizə orqanları ilə toqquşmalarda 8 nümayişçi və 2 polis əməkdaşı həlak olub.
Tətbiqimizi yükləyə bilərsiniz