BMT: Təbiət yanğınları insan səhhətinə uzunmüddətli mənfi təsir edəcək

İyul ayında Yerin şimal yarımkürəsini əhatə edən təbiət yanğınları ekoloji sistemə, insanların sağlamlığına və planetin iqliminə uzunmüddətli mənfi təsir göstərəcək. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteoroloji Təşkilatı (ÜMT) xəbərdarlıq edib. ÜMT-nin rəsmi nümayəndəsi Kler Nüllis bildirib ki, bu yanğınlar bəzi regionlar üçün viranedicidir, belə ki, onların ətraf mühit, ekosistem, insan sağlamlığı və iqlim üçün uzunmüddətli fəsadları olacaq. Onun sözlərinə görə, yanğınlar nəticəsində atmosferə karbon qazı (CO2) düşür ki, bu da qlobal istiləşməyə rəvac verir.

DİGƏR XƏBƏRLƏR

Top