Koçaryan həbs edildi

Yerevan məhkəməsi Ermənistanın eks-prezidenti Robert Koçaryan barəsində həbs qərarı çıxarıb. Yeniavaz.com "Sputnik-Armenia"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə vəkil Aram Orbelyan məlumat verib. Digər vəkil Ruben Saakyan eks-prezidentin məhkəmənin bu qərarını sakit qarşıladığını və qərarla bağlı apellyasiya şikayəti veriləcəyini bildirdi. Qeyd edək ki, ötən gün Koçaryan Xüsusi İstintaq Xidmətində dindirilib. Dindirilmə zamanı ona qarşı 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı ittiham irəli sürülüb. Xatırladaq ki, sözügedən tarixdə kütləvi etiraz aksiyası zamanı odlu silahdan istifadə edilib və nəticədə 10 nəfər həyatını itirib. Amma 10 il ərzində heç kim bu hadisəyə görə məsuliyyətə cəlb olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top