Mingəçevirdə uşaq qarajın üstündən yıxılaraq ağır xəsarət alıb

Mingəçevirdə 13 yaşlı uşaq qarajın üstündən yıxılaraq ağır xəsarət alıb

Yeniavaz.com xəbər verir ki, hadisə Mingəçevir V.Hüseynov 13/ 62 ünvanında baş verib. Belə ki, oynamaq üçün həyətdəki qarajın üstünə çıxan 2005-ci il təvəllüdlü məhəllə sakini Səmədzadə Sənani Murad oğlu yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Alnı, qolu və digər bədən hissələri də daxil qapalı travma alan yaralı, xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə uşağın burnu da qırılıb. Məhəllə sakinləri bildirir ki, uşaqları da qınamaq olmur. Həmin küçədə nə az, nə çox 4 iri qaraj var. Hələ üstəlik də həyət evi tikilməsi üçün həyətin tam yarı hissəsi hasara alınıb. Ona görə də uşaqlar yerdə oynamağa yer tapmayıb qarajların üstündə oynayaraq yıxılıb xəsarət alırlar. Esmira Hidayətova,Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top