"Twitter"in gəliri artdı, səhmləri ucuzlaşdı

“Twitter”in ikinci rüb üçün maliyyə hesabatı açıqlandıqdan sonra şirkət səhmləri 16,16% ucuzlaşıb.

Mikrobloqun aktiv istifadəçilərinin sayı 335 milyon olub və gözləntilərin gerisində qalıb. Nəticədə səhmlər iyulun 26-da 2,89% azalaraq 42,94 dollara düşdükdən sonra bu gün də ucuzlaşma davam edib və 1 səhmin qiyməti 36 dollara qədər enib.

“Twitter”in hesabatına əsasən:

- İkinci rübdə gəlirlər 24% artaraq 711 milyon dollara çatıb;

- Reklam gəlirləri 23% artaraq 601 milyon dollar təşkil edib;

- Ortalama aylıq istifadəçi sayı ilk rübdə 336 milyon nəfər olduğu halda, 2-ci rübdə 335 milyon nəfərə düşüb;

- Ortalama aylıq istifadəçilərin 68 milyonu ABŞ-dan, 267 milyonu isə dünyanın digər ölkələrindəndir;

- Gündəlik istifadəçilərin sayı illik 11% artıb.(Lent.az)

DİGƏR XƏBƏRLƏR

Top