Tramp türk qızı həbsdən azad etdirdi

İsrail hakimiyyəti HƏMAS hərəkatı ilə bağlantısının olmasında şübhəli bilinərək daha əvvəl həbs olunmuş Türkiyə vətəndaşı Əbru Özkanı azad edib. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, İsrail dövlətinin nümayəndəsi bildirib ki, ABŞ Prezidenti Donald Trampın müvafiq xahişindən sonra İsrail tərəfi bu addımı atıb.

Məlumata görə, D. Tramp bununla Ankaranı amerikalı rahib Endryu Bransonu azad etməyə inandırmağa ümid edir. Rahib terrorçularla bağlantı şübhəsi üzrə 2017-ci ildən Türkiyədə həbsdədir. Guya ABŞ Prezidenti bu məsələni İsrailin Baş nazir Benyamin Netanyahu ilə müzakirə edib və ondan Ə.Özkanı azad etməyi xahiş edib.

Öz növbəsində Türkiyə tərəfi Ə. Özkanın ABŞ-la sövdələşmə çərçivəsində azad edildiyinə dair məlumatı təkzib edib. Xatırladaq ki, 27 yaşlı Ə. Özkan iyulun əvvəlində İsralə turist qismində gəlib və iyulun 8-də HƏMAS-la bağlantısının olması şübhəsi üzrə məhkəmə qarşısına çıxıb. İsrail HƏMAS-ı terror hərəkatı kimi tanıyır.

DİGƏR XƏBƏRLƏR

Top